Ailələr niyə tez-tez dağılır? - Boşanmaların əsas SƏBƏBLƏRİ

12 Fevral 2026 11:54

"Boşanmaların arxasında dayanan səbəbləri bir və ya iki amillə məhdudlaşdırmaq mümkün deyil".

Milli.Az xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsləhətçisi Ləman Mahmudova deyb.

Onun sözlərinə görə, əsas səbəblər arasında ünsiyyət zəifliyi, emosional bağlılığın azalması, ailədaxili psixoloji və məişət zorakılığı, problemləri birgə həll etmə bacarığının zəifləməsi, valideyn-övlad münasibətlərində gərginlik, ailə üzvləri arasında məsuliyyət və öhdəliklərin bərabər bölüşdürülməməsi, eləcə də sosial media asılılığı qeyd olunur:

"Ailə kiçik sosial qrupdur. Burada fərdi baxış və yanaşmaların olması qaçınılmazdır. Lakin sağlam ailə münasibətlərinin qorunması üçün tərəflərin bir-birinə daha çox vaxt ayırması, övladlarla daha çox zaman keçirməsi və ailədaxili ünsiyyətin gücləndirilməsi vacibdir.

Bildirilib ki, bu istiqamətdə Komitə tərəfindən mütəmadi olaraq gənclər, valideynlər və ailələrlə görüşlər keçirilir. Tədbirlərə psixoloqlar, hüquqşünaslar və digər sahə üzrə ekspertlər dəvət olunur, ailələrlə maarifləndirici söhbətlər aparılır. /ATV

Mina
Milli.Az