Məşhur aktyor vəfat etdi - FOTO

12 Fevral 2026 10:46

"Dawson's Creek" serialında Doson Liri rolu ilə tanınan amerikalı aktyor Ceyms Van Der Biik 48 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, aktyorun həyat yoldaşı Kimberli Van Der Biik bildirib ki, o, səhər saatlarında dünyasını dəyişib. Ailə ictimaiyyətdən məxfilik və anlayış istəyib.

Qeyd edək ki, Van Der Biik uzun müddətdir üçüncü mərhələ yoğun bağırsaq xərçəngi ilə mübarizə aparırdı. O, 2024-cü ilin noyabrında xəstəliyi barədə açıqlama vermişdi.

Aktyor karyerası boyunca "Varsity Blues" və "The Rules of Attraction" filmlərində də rol alıb. O, həyat yoldaşı və altı övladı ilə yadda qalıb.

Milli.Az