Yaponiya futbol liqasında oyunların heç-heçə nəticə ilə başa çatması praktikası aradan qaldırılıb.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, yeni eksperimental qayda 2026-cı il mövsümündən etibarən qüvvəyə minəcək.
Bildirilir ki, hazırda start götürən mövsüm qısaldılmış formatda təşkil olunub və may ayına qədər davam edəcək. Növbəti mövsümdən isə Yaponiya Futbol Federasiyası Avropada geniş yayılmış "payız-yaz" sisteminə keçməyi planlaşdırır.
Yeni qərara əsasən, əsas vaxtı bərabərliklə yekunlaşan qarşılaşmalarda komandalar dərhal penaltilər seriyasına keçəcəklər.
Reqlamentə görə, 90 dəqiqədə qalib gələn tərəf əvvəlki kimi 3 xal qazanacaq. Penaltilərdə üstün olan komanda 2 xal əldə edəcək, uduzan tərəfə isə 1 xal veriləcək.
Artıq çempionatın ilk turu geridə qalıb və həmin turda keçirilən dörd oyunda qalib penaltilər seriyası nəticəsində müəyyənləşib.
Hüseyn
Milli.Az