2 nəfəri öldürüb, birini ağır yaralayan kənd icra nümayəndəsi: "QÜRUR duyuram" - VİDEO

12 Fevral 2026 12:15

Türkiyənin Niğdə şəhərində maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsindən sonra baş verən silahlı insident faciə ilə yekunlaşıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata görə, sərxoş vəziyyətdə olduğu bildirilən keçmiş muhtar (Kənd icra nümayəndəsi) qəza zamanı mübahisə yaşadığı 3 nəfərə atəş açıb. Nəticədə 2 nəfər hadisə yerində həyatını itirib, 1 nəfər isə ağır yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralı xəstəxanaya yerləşdirilib. Şübhəli şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Jurnalistlərin "Peşmansınızmı?" sualına cavab verən keçmiş  icra nümayəndəsinin "Peşman deyiləm, qürur duyuram" deməsi isə ictimaiyyətdə ciddi narazılıq və müzakirələrə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Hüseyn
Milli.Az