“Papanin hospitalı”nın rəisi işdən ÇIXARILDI - Yeni TƏYİNAT

11 Fevral 2026 16:15

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad edilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Uzun müddət hospitala rəhbərlik etmiş tibb xidməti polkovniki Elçin Abdullayev rəis vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. 

"Papanin hospitalı" kimi tanınan Baş Klinik Hospitalın rəisi vəzifəsinə tibb xidməti polkovniki Vüqar Paşayev təyin edilib.

Milli.Az