Bir zəlzələdə 236 qohumunu İTİRDİ: 4 qızı, arvadı... - VİDEO

11 Fevral 2026 15:53

Türkiyənin Adıyaman şəhərində 236 yaxınını itirən kişinin həyat hekayəsi hər kəsi sarsıdıb.

Milli.Az xəbər verir ki, fevralın 6-da Türkiyənin Adıyaman bölgəsində baş verən dağıdıcı zəlzələ minlərlə insanın həyatına son qoydu. Faciədə ən ağır itkilərdən birini yaşayan şəxsin hekayəsi isə hər kəsi dərindən kədərləndirib.

Bildirilib ki, həmin şəxs təbii fəlakət zamanı 236 qohumunu itirib. O, bölgədə bu qədər çox yaxınını itirən yeganə insan olduğunu deyib. Zəlzələ nəticəsində kişinin 4 qızı, həyat yoldaşı və çoxsaylı qohumları vəfat edib.

Ağır itkilər yaşayan ata yaşadıqlarını göz yaşları içində danışaraq hisslərini bölüşüb. O, bir anda bütün ailəsinin və yaxın çevrəsinin itirdiyini, həyatının alt-üst olduğunu bildirib.

Faciədən sonra yayılan görüntülərdə kişinin yaşadıqlarını daha ətraflı izah etdiyi və dərin kədər hissi keçirdiyi görünür. Onun hekayəsi zəlzələnin insan talelərində açdığı sağalmaz yaraları bir daha göz önünə sərib.

Ətraflı videoda:

Musa
Milli.Az