Rusiyada 6 bal gücündə zəlzələ oldu

11 Fevral 2026 15:40

Seysmoloqlar Xabarovsk diyarının şimal sahilləri yaxınlığında Oxot dənizində 6 maqnitudalı zəlzələ qeydə alıblar.

Milli.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialının "Yujno-Saxalinsk" seysmik stansiyasından bildirilib.

Məlumata görə, yeraltı təkanlar Saxalin vaxtı ilə saat 17:29-da (Moskva vaxtı ilə 09:29-da) 30 km dərinlikdə Oxotsk qəsəbəsindən 229 km cənub-şərqdə və Maqadandan 300 km cənub-qərbdə yerləşib.

Milli.Az