"Poyraz Karayel"in aktyoru qəfil öldü - FOTO

11 Fevral 2026 11:55

Türkiyəli məşhur aktyor Kanbolat Görkem Arslan gecə yarısı dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, aktyor 45 yaşında qəfil vəfat edib.

Məşhur aktyor gecə yarısı Beyoğlundakı evində xəstələnib. Həyat yoldaşının kömək çağırışından sonra tibbi briqadalar evə gəlib. Kanbolat Görkem Arslan ilkin müalicədən sonra xəstəxanaya aparılıb. Bütün səylərə baxmayaraq, Arslanı xilas etmək mümkün olmayıb.

Qeyd edək ki,  1998-ci ildən teatr səhnələrində fəaliyyət göstərən Arslan "Daire", "Yurt", "Təslimiyyət" kimi filmlərlə yanaşı, "Çemberimde Gül Oya", "Yer Gök Aşk", "Bir Deli Rüzgar", "Ezel", "Poyraz Karayel", "Hayat Bazen Tatlıdır" kimi seriallarda da çəkilib.

Fidan
Milli.Az