Laçın-Şuşa yolunda möhtəşəm görüntü: qar üstündə qaçan cüyürlər - VİDEO

11 Fevral 2026 10:15

Əsrarəngiz təbiəti ilə gözoxşayan Laçında daha bir maraqlı görüntü müşahidə olunub. Ağ örpəyə bürünən Laçın-Şuşa yolunda görünən cüyürlər diqqət cəlb edib.

Milli.Az xəbər verir ki, maraqlı görüntülər Laçın-Şuşa dolama yolunda qeydə alınıb.

Yol boyunca qaçan cüyürlərin hərəkəti maraqlı anlara səbəb olub. Onlar bir müddət yol ilə qaçdıqdan sonra dağa tərəf qalxaraq gözdən itiblər.

Ayxan
Milli.Az