"Mançester Yunayted" heyətini gücləndirmək üçün növbəti transfer hədəfini müəyyənləşdirib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə klubu Madrid "Real"ının müdafiəçisi Eder Militaonu transfer etmək istəyir. "Qırmızı şeytanlar"ın 28 yaşlı braziliyalı futbolçu üçün 40 milyon avro təklif etməyə hazır olduğu bildirilir.
Mənbənin iddiasına əsasən, mankunianlar qarşıdakı mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə transfer bazarında daha fəal olacaq. Klub rəhbərliyi heyətin gücləndirilməsi üçün ümumilikdə 250 milyon avro xərcləməyi planlaşdırır.
Qeyd edək ki, Eder Militaonun "Real"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Hüseyn
Milli.Az