Neymar qayıdır

11 Fevral 2026 10:50

Braziliyalı futbolçu Neymarın "Santos"un heyətinə qayıdışı gözlənilir.

Milli.Az-ın məlumatına görə, ulduz hücumçu bazar günü "Velo Club"a qarşı keçiriləcək oyunda komandasının heyətində yer ala bilər. Bununla yanaşı, onun cümə axşamı "Atletiko" ilə baş tutacaq növbəti liqa qarşılaşması ərəfəsində istirahət etməsi ehtimalı da var.

Neymar sonuncu dəfə iki ay əvvəl "Kruzeyro" ilə matçda meydana çıxmışdı. O, dekabrın sonunda medial menisküsün cırılması səbəbindən artroskopik əməliyyat olunmuşdu və həmin vaxtdan bərpa prosesi keçirdi.

Qeyd edək ki, futbolçunun "Santos"la müqaviləsi 2026-cı ilin sonunadək qüvvədədir. Hazırda onun transfer bazar dəyəri 10 milyon avro olaraq göstərilir.

Hüseyn
Milli.Az