Messi Avropa nəhənginin prezidenti olacaq - İDDİA

11 Fevral 2026 12:00

Lionel Messinin gələcək planları ilə bağlı İspaniya mətbuatında maraqlı iddia yayılıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, hazırda MLS təmsilçisi "İnter Mayami"nin formasını geyinən argentinalı ulduzun "Barselona" ilə bağlı uzunmüddətli planları var.

Məlumata görə, 38 yaşlı futbolçu beş ildən sonra keçiriləcək "Barselona" prezident seçkilərində ya namizəd kimi iştirak etməyi, ya da özünə yaxın namizədi dəstəkləməyi nəzərdən keçirir. Bildirilir ki, Messi klubun gələcək strategiyası və idarəçiliyi ilə bağlı söz sahibi olmağa isti yanaşır.

Xəbərdə o da vurğulanır ki, Messi "İnter Mayami" ilə müqaviləsi başa çatdıqdan sonra Kataloniya klubuna qayıtmaq və idarəetmə strukturunda aktiv rol almaq niyyətindədir.

Qeyd olunur ki, argentinalı superulduz futbolçu karyerasını başa vurduqdan sonra belə "Barselona" ilə əlaqələrini davam etdirmək və kluba başqa statusda xidmət göstərmək istəyir.

Hüseyn
Milli.Az