Nəriman Axundzadənin ABŞ klubuna transferinin detalları müəyyənləşib

10 Fevral 2026 22:18

ABŞ-nin "Kolumbus Kru" klubu hücumçu Nəriman Axundzadəni "Qarabağ" komandasından transfer etdiyini rəsmən elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Axundzadə Beynəlxalq Transfer Sertifikatı (ITC) ilə P-1 vizasını aldıqdan sonra komandanın əsas heyətində yer alacaq.

Qeyd edilir ki, 21 yaşlı oyunçunun müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.

Xatırladaq ki, Axundzadə 2025/26 mövsümündə "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasında 13 oyun keçirib və üç qol vurub.

Milli.Az