Cey. Di. Vens: Bu, Prezident Əliyevin liderliyinin bariz nümunəsidir

10 Fevral 2026 19:40

Əvvəllər yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Bu, Prezidentin liderliyinin, eləcə də Prezident Əliyevin rəhbərliyinin bariz nümunəsidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.

O, bildirib ki, ticarətlə məşğul ola, tərəfdaşlıq qura biləriksə, nəyə görə bir-birimizlə vuruşmalıyıq: "Fikrimcə, ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha böyük sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın əlavə bazarlara çıxış imkanı yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasın, ticarət aparsın".

Milli.Az