Nənə və nəvə dəm qazından öldü

10 Fevral 2026 18:55

Qobustanda bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, nənə və nəvə həyatını itirib.

Hadisə günorta saatlarında Qobustan şəhəri ərazisində baş verib. İlkin məlumata görə, 1958-ci il təvəllüdlü Qızbacı Mədətova və nəvəsi 2013-cü il təvəllüdlü Gülmalı Mədətov hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az