ABŞ-ın vitse-prezidenti Bakıda

10 Fevral 2026 17:41

Ceyms Devid Vens Azərbaycana rəsmi səfərə gəlib.

Milli.Az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Vitse-prezident Ceyms Devid Vensi Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az