Ədliyyə müşaviri idarəyə rəis təyin edildi

10 Fevral 2026 15:02

Kiçik ədliyyə müşaviri Ülvi Etibar oğlu Ələkbərli Gəncə şəhər İcra İdarəsinə rəis təyin olunub.

Milli.Az Report-a istinadən xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Ü.Ələkbərli Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə ədliyyə orqanlarının fəaliyyəti, məhkəmə qərarlarının icrası və vətəndaşların hüquq və qanuni maraqlarının müdafiəsindən bəhs oluunb.

Milli.Az