Əkiz övlad anası üçəm dünyaya gətirdi

10 Fevral 2026 14:52

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında 1992-ci il təvəllüdlü hamilə üçəm dünyaya gəlib.

Milli.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Qeyd edilib ki, pasiyent üzərində həyata keçirilən qeysəriyyə əməliyyatı ilə üçəmlərin doğuş prosesi uğurla icra olunub. Körpələrin çəkiləri müvafiq olaraq ikisi iki, digəri 2.1 kq, boyları isə 40, 41 və 42 sm olub. Onlardan ikisi oğlan, biri qızdır.

Bildirilib ki, hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir.

TƏBİB-in məlumatında vurğulanıb ki, 34 yaşlı qadının üçəmlərə qədər iki oğlan və bir qız övladı var. Çoxuşaqlı ananın əvvəlki övladlarından bir qız və bir oğlan da əkiz hamiləliklə dünyaya gəlib.

Milli.Az