Ötən il ASCO gəmiləri ilə həyata keçirilən dibdərinləşdirmə işinin həcmi açıqlanıb

10 Fevral 2026 12:33

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmiləri ilə 2025-ci ildə Bakı buxtasında və Xəzər dənizinin müxtəlif akvatoriyalarında ümumilikdə 130 min kubmetrdən artıq dibdərinləşdirmə işi həyata keçirilib.

Milli.Az ASCO-ya istinadən xəbər verir ki, il ərzində "Mühəndis Balarza Məmmədov" torpaqqazan gəmisi Bakı Gəmiqayırma Zavodunun akvatoriyasında 80 min, Xəzər Dəniz Neft Donanmasının akvatoriyasında 20 min və Dəniz Nəqliyyatı Donanmasının akvatoriyasında 15 min kubmetr həcmində dibdərinləşdirmə işi həyata keçirib.

"Narva" torpaqsovuran gəmisi tərəfindən isə Dəniz Nəqliyyatı Donanmasının akvatoriyasında 22 min kubmetr həcmində dibdərinləşdirmə işi aparılıb.

Qeyd edək ki, bu cür işlər naviqasiya təhlükəsizliyini təmin etmək məqsədilə mütəmadi şəkildə icra olunur.

Milli.Az