Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisi, səfir Mehmet Samsar və Türkiyənin səfiri Birol Akgün ilə görüşüb.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesablarında paylaşım edilib.
Bildirilib ki, görüşdə ikitərəfli münasibətlər və regional proseslər müzakirə edilib./Report
Milli.Az