Gələn il rekord dərəcədə isti olacaq

10 Fevral 2026 11:26

Sakit okeanda "El-Ninyo" tendensiyasının formalaşması 2027-ci ildə qlobal temperaturun tarixi rekord səviyyəsinə yüksəlməsinə səbəb ola bilər.

Milli.Az xəbər verir ki, Okean Atmosfer Administrasiyası (MOAA) və Avstraliyanın Meteorologiya Bürosu (AMB) bəzi iqlim modellərinin bu ilin sonunda "El-Ninyo" ehtimalını göstərdiyini açıqlayıb.

Hər iki qurum proqnozların qeyri-müəyyən olduğunu vurğulayır.

"El-Ninyo" Sakit okeanın şərqində dəniz səthinin normadan yüksək qızması ilə xarakterizə olunur və qlobal istiliyin artmasına təsir edir.

Mütəxəssislər bildiriblər ki, bu ilin sonunda yeni "El-Ninyo" baş verərsə, təsiri, əsasən, 2027-ci ildə hiss olunacaq.

Milli.Az