ABŞ-ın Merilend ştatının Rokvill şəhərində yerləşən yuxarı sinif məktəbində baş verən atışma nəticəsində bir şagird xəstəxanaya yerləşdirilib.
Milli.Az-ın məlumatına görə, bu barədə şəhər polisi xəbər verib.
"Şagirddə bir güllə yarası aşkar edilib və o, vəziyyəti stabil olmaqla yerli xəstəxanaya çatdırılıb", - deyə polis Facebook sosial şəbəkəsindəki açıqlamasında bildirib.
Hüquq-mühafizə orqanları şübhəlinin də həmin məktəbin şagirdi olduğunu dəqiqləşdirib. O, yaralıya tibbi yardım göstərildikdən qısa müddət sonra təhsil müəssisəsinin yaxınlığında saxlanılıb.
Digər xəsarət alanlar barədə məlumat yoxdur və polis digər şagirdlərin təhlükəsizliyinə heç bir təhdid olmadığını bildirib.
Ayxan
Milli.Az