Faciəvi şəkildə vəfat edən gənc yanğınsöndürən imiş

10 Fevral 2026 10:04

Dünən dəm qazından zəhərlənərək vəfat edən İzzət Cəfərov Fövqəladə Hallar Nazirliyinin Siyəzəndəki şöbəsində çalışırmış.

Milli.Az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, o, FHN-in Dövlət Yanğından Müharfizə Xidmətinin Siyəzən Yanğından Mühafizə Hissəsində yanğınsöndürən vəzifəsində işləyib.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır./Qafqazinfo

Milli.Az