Qədr gecələrinin tarixləri açıqlandı - İlk gecə...

10 Fevral 2026 09:58

Ramazan ayının Qədr (Əhya) gecələrinin tarixləri məlum olub.

Milli.Az xəbər verir ki, Ramazan ayının gündəlik duaları, imsak və iftar vaxtlarını əks etdirən xüsusi təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 7-dən 8-nə keçən gecəyə, yəni martın 8-nə təsadüf edir.

Digər Qədr gecələri isə 9-dan 10-a keçən gecə (10 mart), 11-dən 12-nə keçən gecə (12 mart) və 15-dən 16-na keçən gecə (16 mart) qeyd olunacaq.

Qeyd edək ki, bu il Ramazan ayının ilk günü fevralın 19-na təsadüf edir. Təqvimə görə, Ramazan bayramı Azərbaycanda martın 20-si və 21-də qeyd olunacaq./Metbuat.az

Milli.Az