Neft bazarında yüksəliş – “Azeri Light” 71 dollar

10 Fevral 2026 09:55

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Milli.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,72 % artaraq 71,21 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70,7 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light"ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Milli.Az