Ceyk Polun nişanlısı Olimpiya rekordu qırdı - FOTOlar

10 Fevral 2026 11:15

Amerikalı bloqer və boksçu Ceyk Polun nişanlısı, niderlandlı konkisürən Yutta Leerdam Qış Olimpiya Oyunlarında möhtəşəm nəticə ilə yadda qalıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyada keçirilən Oyunlarda sürətli konkisürmə üzrə 1 000 metr məsafədə mübarizə aparan Y.Leerdam finişə 1:12.31 nəticə ilə çataraq qızıl medal qazanıb. O, bununla yanaşı, Olimpiya rekordunu da yeniləyib.

Yarışda Niderland təmsilçisi Femke Kok 1:12.59 nəticə ilə gümüş medala sahib çıxıb. Bürünc medal isə 1:13.95 nəticə göstərən yaponiyalı Miho Takagiyə qismət olub.

Qeyd edək ki, Yutta Leerdam sürətli konkisürmə üzrə yeddiqat dünya və altıqat Avropa çempionudur. O, hazırda amerikalı məşhur bloqer və boksçu Ceyk Pol ilə nişanlıdır.

Hüseyn
Milli.Az