Narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

10 Fevral 2026 09:42

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, tədbirlərlə 34 yaşlı rayon sakini Söhbət İsmayılov saxlanılıb.

Ondan 2 kiloqrama yaxın marixuana və çətənə toxumları aşkar olunub.

Araşdırmalarla S.İsmayılovun narkotik vasitələri meşə massivində satış məqsədilə gizlətdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az