Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ilə vida mərasimi başa çatıb.
Milli.Az xəbər verir ki, mərhumun cənazəsi dəfn olunması üçün Sabunçu rayonu Ramana qəbiristanlığına aparılır.
Milli.Az
___________
Saat - 09:16
Fevralın 10-u saat 12:00-da Heydər məscidində sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçiriləcək.
Milli.Az xəbər verir ki, bu barədə Fəzail Ağamalının qızı deputat Günay Ağamalı paylaşım edib.
Dəfndən sonra Heydər məscidində hüzr mərasimi təşkil olunacaq. Mərhunun 3-7 mərasimi 12 fevral, saat 11:00-15:00 aralığında Heydər Məscidində keçiriləcəkdir.
Qeyd edək ki, Fəzail Ağamalı uzun sürən xəstəlikdən sonra dünən Ankarada dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Milli.Az