9 fevral tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri cənab Səməd Seyidov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Meksika Parlamentlərarası işçi qrupunun sədri xanım Jalə Əliyeva və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Meksika Parlamentlərarası işçi qrupunun üzvü xanım Sevinc Fətəliyevadan ibarət nümayəndə heyəti Meksikaya işgüzar səfəri çərçivəsində Meksika Deputatlar Palatasının sədri, deputat xanım Kenia Lopes Rabadan tərəfindən qəbul edilib.
Milli.Az xəbər verir ki, görüşdə həmçinin, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Fövqəladə və Səlahiyyəti səfiri Seymur Fətəliyev və Deputatlar Palatasında Meksika-Azərbaycan Dostluq Qrupunun sədri xanım Dulse Mariya Korina Viyyeqas da iştirak edib.
Milli.Az