Zeytun yağı alan hər kəsin diqqət etməli olduğu məsələ: Qablaşdırmada mütləq yoxlayın

11 Fevral 2026 05:05

Bazarda zeytun yağı adı altında satılan bir çox məhsul əslində qarışıq və ya keyfiyyətsiz yağlar ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, zeytun yağı alarkən rənginə və ya qiymətinə deyil, qablaşdırmanın üzərindəki "Turşuluq dərəcəsi" və "İstehsal üsuluna" baxmaq lazımdır, lakin ən əsası "Soyuq sıxım" (Cold Press) yazısıdır.

Milli.Az xəbər verir ki, yaxşı bir zeytun yağının qablaşdırmasında mütləq "Soyuq sıxım" yazısı axtarılmalıdır.

Əgər zeytun yüksək temperaturda (isti sıxım) emal olunarsa, tərkibindəki faydalı vitaminlər, antioksidantlar və o məşhur aroma itir.

Soyuq sıxım yağlar 27°C-dən aşağı temperaturda sıxıldığı üçün bütün sağlamlıq xüsusiyyətlərini qoruyub saxlayır.

Zeytun yağı işığa qarşı çox həssasdır.

Şəffaf şüşə və ya plastik qablarda satılan yağlar günəş işığına məruz qaldıqda tez oksidləşir və dadı acıyır.

Həmişə tünd rəngli (yaşıl və ya qəhvəyi) şüşə qablarda olan yağlara üstünlük verilməlidir.

Etiketdəki turşuluq dərəcəsi yağın keyfiyyət göstəricisidir:

Ekstra bakir (Sızma): Turşuluq dərəcəsi 0.8%-dən aşağı olan yağlar ən keyfiyyətli yağlar hesab olunur.

Əgər turşuluq dərəcəsi qablaşdırmada qeyd olunmayıbsa, həmin məhsula şübhə ilə yanaşmaq lazımdır.

Təzə zeytun yağı daha faydalıdır. Alarkən istehsal tarixinin üzərindən 1-2 ildən çox vaxt keçmədiyinə əmin olun. Həmçinin, "Coğrafi göstərici" (təyin olunmuş bölgənin məhsulu) nişanı olan yağlar daha etibarlı sayılır.

Aldığınız yağın həqiqi olduğunu yoxlamaq üçün onu bir stəkana töküb soyuducuya qoyun. Həqiqi zeytun yağı soyuqda donmalı və dənəvər hala gəlməlidir. Əgər yağ tamamilə donmursa, deməli, tərkibində başqa bitki yağları (günəbaxan, pambıq və s.) var.

Lalə Qüdrətova
Milli.Az