Oğlundan Fəzail Ağamalının vəfatı ilə bağlı açıqlama

9 Fevral 2026 23:10

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşi bu gecə ölkəyə gətiriləcək.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun oğlu Elçin Ağamalı məlumat verib. O, bildirib ki, hazırda mərhumun harada dəfn ediləcəyi müəyyənləşməyib.

Xatırladaq ki, 78 yaşlı mərhum siyasətçi axşam saatlarında Türkiyədə dünyasını dəyişib.

Milli.Az