Son beş ildə qar örtüyünün maksimal hündürlüyü Lerikdə qeydə alınıb. Belə ki, 2026-cı ilin ötən dövrü ərzində qar örtüyünün maksimal hündürlüyü yanvar ayında 116 sm-ə çatıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Şəbnəm Qurbanova bildirib.
Onun sözlərinə görə, 2026-cı ilə qədərki beşillikdə isə ölkə ərazisində qar örtüyünün maksimal hündürlüyü 2025-ci ilin fevral ayında qeydə alınıb:
"Həmin vaxt Qax rayonunun Sarıbaş kəndində qar örtüyünün hündürlüyü 95 sm olub. Eyni ildə Bakıda və Abşeron yarımadasında isə qar örtüyünün hündürlüyü 13 sm qeydə alınıb".
Milli.Az