"Eşref Rüya" serialı son bölümlərdəki gərgin ssenarisi ilə izləyiciləri heyran qoymağa davam edir. Nisanın əslində Rüya olduğunun ortaya çıxması hekayədəki bütün tarazlıqları alt-üst edərkən, aktyor heyətinə yeni bir ismin - Hatice Denizin qatılması marağı daha da artırıb.
Milli.Az xəbər verir ki, Melekin gəlişi ilə bəzi köhnə sirlər yenidən gündəmə gələcək.
O, əsas qəhrəmanlar - Eşref və Nisanın həyatında mühüm rol oynayacaq.
Melekin hərəkətlərinin serialdakı güc balansını dəyişəcəyi və bəzi obrazlar üçün gözlənilməz nəticələr doğuracağı gözlənilir.
Gənc və istedadlı aktrisa Hatice Deniz 9 yanvar 1998-ci ildə Türkiyənin Antalya şəhərində doğulub.
Aktrisa bu günə qədər bir neçə məşhur layihədə -Kızılcık Şerbeti (Begüm obrazı ilə yadda qalıb), Aldatmak, Gibi, Adsız Aşıklar və Korkma Ben Yanındayım kimi müxtəlif obrazları canlandırıb.
Lalə Qüdrətova
Milli.Az