Türkiyənin ən varlı 10 məşhur qadın müğənnisi: Seda Sayan onu 3 milyon dollarla qabaqladı

9 Fevral 2026 18:11

Türkiyənin ən zəngin 10 məşhur qadını ilə bağlı maraqlı paylaşım diqqət çəkib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahıda yer alan məşhurların sərvəti ölkənin ən varlı simaları sırasında olmaları ilə gündəm yaradıb və açıqlanan rəqəmlər çoxlarını təəccübləndirib.

Paylaşılan məlumata görə, 10-luğun zirvəsində məşhur müğənni Seda Sayan qərarlaşıb. Onun sərvətinin ölkənin ən varlı məşhur qadınları arasında lider olduğu bildirilir.

Qeyd olunur ki, Seda Sayan ən yaxın varlı rəqibini təxminən 3 milyon dollar fərqlə geridə qoyub. Müğənninin daşınmaz əmlakları, televiziya layihələri və digər gəlir mənbələri bu üstünlüyü təmin edən əsas amillər sırasında göstərilir.

Siyahıda yer alan digər məşhur qadınların da milyonlarla ölçülən sərvəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az