Şıxovdan vəhşi quş cəsədləri tapıldı

9 Fevral 2026 16:39

Bakının Şıxov qəsəbəsində ictimai çimərlikdə quşlar tələf olub.

Milli.Az-ın məlumatına görə, bununla bağlı görüntülər yayılıb.

Yayılan fotolarda dalğalar tərəfindən sahilə atılmış quş cəsədləri əks olunub.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, çöl quşlarının tələfatı aidiyyəti qurumlarla birgə araşdırılır.

Mina Mikayılova
Milli.Az