ABŞ-nin 11 hərbi təyyarəsi Ermənistana endi

9 Fevral 2026 16:54

ABŞ-nin 11 hərbi təyyarəsi İrəvana eniş edib.

Milli.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata əsasən,  ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 11 hərbi nəqliyyat təyyarəsi İrəvana eniş edib. Uçuşlar əsasən ABŞ-dakı hərbi bazalardan həyata keçirilib, yanacaq doldurma isə Almaniyada yerləşən Ramşteyn Hərbi Hava Bazasında baş tutub.

Uçuşların əksəriyyətində 77,5 tona qədər yük daşıma qabiliyyətinə malik ağır hərbi nəqliyyat təyyarəsi olan Boeing C-17A Globemaster III istifadə edilib. Bundan əlavə, ABŞ Hərbi Hava Qüvvələrinin xüsusi əməliyyat bölmələri üçün nəzərdə tutulmuş Lockheed Martin MC-130J Commando II tipli təyyarələrin də uçduğu bildirilir.

Həmin təyyarələr Gürcüstana da iki reys həyata keçirib.

Milli.Az