"Temu"da çatdırılma müddəti uzadıldı - FOTO

9 Fevral 2026 17:51

Onlayn alış-veriş platforması "Temu" Azərbaycana göndərişlə bağlı qaydalarda dəyişiklik edib.

Milli.Az-ın məlumatına görə, yenilənmiş qaydalara əsasən, gömrükdə yaranan gecikmələr səbəbindən sifarişlərin çatdırılma müddəti 87 günə qədər uzadılıb.

Belə ki, sifariş 87 günə qədər geciksə belə, bu müddət ərzində gecikmiş hesab olunmur.

Pulun geri qaytarılması isə yalnız sifarişin 87 günü keçməsi və ya 57 gün ərzində izləmə sistemində heç bir yenilənmənin olmaması hallarında həyata keçirilə bilər.

Qeyd olunub ki, bu qaydalar hazırda Temu üzərindən edilən sifarişlərə şamil olunur. 

Mina Mikayılova
Milli.Az