Rəqibinin qulağını dişlədi - diskvalifikasiya olundu

9 Fevral 2026 15:30

Slovakiyalı MMA döyüşçüsü Pavol Vasko Çexiyada təşkil olunan turnirdə qalmaqallı hərəkəti ilə gündəmə gəlib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki,  o, qarşılaşma zamanı rəqibi Vatslav Mikulaşekin qulağını dişləyib.

İnsident turnirin əsas döyüşünün ilk saniyələrində baş verib. Qayda pozuntusu dərhal hakimlər tərəfindən qeydə alınıb və döyüş dayandırılıb.

Hadisədən sonra Pavol Vasko diskvalifikasiya edilib. Döyüşçü oktaqonu tərk edərkən isə tribunalarda olan azarkeşlərin hücumuna məruz qalıb. Tamaşaçıların atdığı stullardan biri onun başına dəyib.

Məlumata görə, insidentdən sonra Pavol Vasko arena ərazisini tərk edib. Hadisə MMA ictimaiyyətində geniş rezonans doğurub.

Hüseyn
Milli.Az