“Şərikli çörək” filminin Vaqifi 50 il sonra - VİDEO

9 Fevral 2026 11:52

"Şərikli çörək" bədii filmində Vaqif obrazı ilə tamaşaçıların yaddaşında iz qoyan Kamran Nəcəfli illər sonra çəkildiyi ekran işi ilə bağlı xatirələrini paylaşıb.

Milli.Az xəbər verir ki, aktyor uşaqlıq illərinə təsadüf edən həmin filmin onun həyatında xüsusi yer tutduğunu bildirib. O, filmdə canlandırdığı Vaqif obrazının məşhur səhnələrindən birini xatırladaraq, "Böyüyəndə kim olmaq istəyirsən?" sualına verdiyi "Qırçı" cavabının bu gün də tamaşaçıların yaddaşında qaldığını qeyd edib.

Kamran Nəcəfli bildirib ki, film onun peşə yolunun başlanğıcına təsadüf edib və həmin ekran işi hazırkı fəaliyyətindən təxminən 50 il əvvəl, uşaqlıq dövründə çəkilib. O illərin həm çətin, həm də unudulmaz xatirələrlə zəngin olduğunu deyən sənətçi çəkiliş prosesinin xatırlayıb.

Həmin günləri sevgi ilə xatırlayan Kamran Nəcəfli, "Şərikli çörək" filminin Azərbaycan kinosunda xüsusi yer tutduğunu və bu ekran işinin onun həyatında silinməz iz buraxdığını qeyd edib.

Milli.Az