Futbol üzrə Fransa Liqa 1-də XXI turun oyunları başa çatıb.
Milli.Az xəbər verir ki, turun mərkəzi və son qarşılaşmasında PSJ doğma meydanda əsas rəqiblərindən biri olan "Marsel"i qəbul edib. Paris klubu görüşü böyük üstünlüklə keçirərək rəqibini 5:0 hesabı ilə darmadağın edib.
Qarşılaşmada Usman Dembele dubla imza atıb. Digər qollar Fakundo Medinanın avtoqolu, Xviça Kvaratsxeliya və Li Kan İn tərəfindən vurulub.
Bu inamlı qələbə sayəsində PSJ xal ehtiyatını 51-ə yüksəldərək turnir cədvəlinin zirvəsinə qalxıb. 39 xalı olan "Marsel" isə mövsümü hələlik 5-ci pillədə davam etdirir.
Hüseyn
Milli.Az