Ruslan Nemətov qəfil öldü

8 Fevral 2026 13:55

Zərdab Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi və direktoru Ruslan Nemətov vəfat edib.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Onun 55 yaşında qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, R.Nemətov əvvəllər sözügedən xəstəxananın baş həkimi və direktoru vəzifəsində çalışıb. Son dövrlərdə isə xəstəxanada LOR həkimi kimi fəaliyyət göstərirmiş.

Milli.Az