Suriya ilə Səudiyyə Ərəbistanı arasında aviasiya, infrastruktur, su, təhsil və rabitə sahələrində əməkdaşlıq müqaviləsi imzalanıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Haber7" məlumat yayıb.
Bildirilib ki, Suriya Prezident Əhməd əş-Şaranın iştirakı ilə Dəməşqdə keçirilən görüşdə Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih, rabitə naziri Abdullah əl-Səvaha və hər iki ölkənin rəsmiləri iştirak edib. Əməkdaşlıq çərçivəsində Səudiyyə Ərəbistanı Suriyaya 2 milyard dollar sərmayə qoyacaq.
Qeyd edək ki, hər iki ölkənin aviasiya əlaqələrini gücləndirmək məqsədilə birgə Suriya-Səudiyyə Ərəbistanı aviaşirkətinin yaradılmasına da qərar verilib.
Milli.Az