“Yuventus” Kənan Yıldızla bağlı qərarını verdi

8 Fevral 2026 10:54

İtaliyanın "Yuventus" komandası Türkiyə millisinin futbolçusu Kənan Yıldızla yeni müqavilə imzalayıb.

Milli.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yer alıb.

Məlumata görə, 20 yaşlı oyunçunun sözləşməsi 2030-cu ilə qədər uzadılıb.

O, 2023-cü ildən A Seriyası təmsilçisinin formasını geyinir. Ulduz futbolçu bu mövsüm komandanın heyətində 31 matçda 9 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. /APA

Milli.Az