"Real Madrid" futbol klubu ilə iki dəfə Avropa Çempionlar Kubokunun (hazırkı Çempionlar Liqası) qalibi olmuş ispaniyalı keçmiş futbolçu Manolin Bueno 86 yaşında vəfat edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə klubun rəsmi saytında məlumat yayıb.
Futbolçunun ölüm səbəbi açıqlanmayıb.
Hücumçu karyerası ərzində "Real Madrid"lə səkkiz dəfə İspaniya çempionu olub, iki İspaniya Kuboku və bir Qitələrarası Kubok qazanıb. Manolin Bueno 1959-1971-ci illərdə Madrid klubunda çıxış edib, daha sonra isə İspaniyanın "Kadis" və "Sevilya" komandalarının formasını geyinib.
Milli.Az