Hüseyn Dəryanın oğlu: “Heç yadıma gəlmir səndən pul götürüb çölə çıxdığım” - FOTO

7 Fevral 2026 23:41

Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangir atası ilə bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, o, sosial media hesabında bunları yazıb:

"Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangir atası ilə bağlı paylaşım edib: "Sən mənim ən böyük qaranlığımsan, ata. Nə səni yetərincə görə bildim, nə qucaqlaya, nə də vaxt keçirə bildim. Heç yadıma gəlmir səndən pul götürüb çölə çıxdığım, səninlə dərdləşdiyim, səndən məsləhət aldığım. Sən gedəndə mənim 7, sənin isə 38 yaşın vardı. Səndən sonra mart ayı heç vaxt mənə maraqlı gəlmədi. Səndən sonra heç kim mənə sənin kimi gəlmədi".

Qeyd edək ki, H. Dərya 2014-cü ildə ağır avtomobil qəzasında dünyasını dəyişib.

Milli.Az