ABŞ Prezidenti Donald Tramp İrandan birbaşa və ya dolayı yolla mal və xidmətlər alan ölkələrə qarşı əlavə gömrük rüsumlarının tətbiqini nəzərdə tutan sərəncam imzalayıb.
Milli.Az xəbər verir ki, Ağ Ev tərəfindən yayımlanan sənəddə qeyd olunur ki, İran hökumətinin fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhdid olaraq qalır.
Sərəncama əsasən, İrandan mal və ya xidmət alan ölkələrdən ABŞ-a idxal olunan məhsullara əlavə gömrük rüsumları, o cümlədən 25%-dək rüsum tətbiq olunur. (APA)
Milli.Az