Vensin Azərbaycana səfərinin tarixi açıqlandı

7 Fevral 2026 22:51

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfəri 9-11 fevral tarixlərində baş tutacaq.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq 9-11 fevral tarixlərində Milan, İrəvan və Bakıya səfər çərçivəsində vitse-prezident Vensə qoşulacaq.

Məlumata görə, Vens və Helberqin Ermənistan və Azərbaycana səfəri ABŞ administrasiyasının sülh səylərinin, eləcə də "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) təşəbbüsünün təşviqinə yönəlib.

Milli.Az