Nazir əmr imzaladı - XİN-də yüksək vəzifəyə yeni təyinat

7 Fevral 2026 18:49

Azərbaycan Xarici İşlər Nazirliyində yüksək vəzifəyə yeni təyinat olub. 

Milli.Az bildirir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məmməd Talıbov XİN-in Avropa İdarəsinin rəisi təyin edilib. 

O, artıq vəzifəsinin icrasına başlayıb.

İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan Məmməd Afiq oğlu Talıbov 2019-cu ildə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.

O, 2025-ci il oktyabrın 27-də geri çağırılıb.(mənbə: Yenisabah)

Milli.Az