Bakıda fəaliyyət göstərən kafelərdən birinin tualetində kişi cəsədi aşkar edilib.
Milli.Az Lent.az-a istinadən xəbər verir ki, sözügedən hadisə paytaxtın Nizami rayonu ərazisində, Bəhruz Nuriyev küçəsindəki iaşə obyektlərindən birində baş verib.
Hadisə yerinə baxış zamanı sanitar qovşaqda Abşeron rayonunda qeydiyyatda olan 51 yaşlı N.Namazovun cansız bədəni tapılıb.
İlkin ehtimallara əsasən, həmin şəxsin ürək çatışmazlığı səbəbindən həyatını itirdiyi qeyd olunur. Faktla bağlı müvafiq araşdırmalara başlanılıb.
Milli.Az