Bakıda dəm qazı iki körpənin həyatını aldı - YENİLƏNİB

7 Fevral 2026 14:32

Bakıda dəm qazından ölən körpələrin əkiz bacı-qardaş olduğu məlum olub.

Milli.Az xəbər verir ki, hazırda faktla bağlı araşdırma aparılır./APA

Milli.Az

__________

Saat - 13:55

Bakıda 2 körpə dəm qazından boğularaq ölüb.

Milli.Az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Məlumata görə, 2024-cü il təvəllüdlü F.S. və bacısı 2024-cü il təvəllüdlü K.S. Ş.Səmədov küçəsində dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır./APA

Milli.Az